Kürdəmirdə zəncirvari qəza: Xəsarət alanlar var - FOTO

 Kürdəmirdə zəncirvari qəza: Xəsarət alanlar var - FOTO

Kürdəmir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası olub.

Asayis.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 21 06" markalı avtomobil "Volksvagen" markalı avtomobilə çırpılıb.

"Volksvagen" isə zərbənin təsirindən içərisi yüklə dolu olan "Mercedes" markalı mikroavtobusa çırpılıb.

Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıblar.

Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

12:30 - 23 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin