“İtkin düşən 13 yaşlı Əfsanə şöbə müdirinin qızı deyil” - Yenilənib

 “İtkin düşən 13 yaşlı Əfsanə şöbə müdirinin qızı deyil” - Yenilənib

Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Tağıyeva hələ tapılmayıb.

Asayis.az xəbər verir ki,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hazırda Əfsanə Tağıyevanın yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Reportyor.info-nun yaydığı məlumatda Ə.Tağıyevanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızı olması bildirilib. Onun evdən qaçması ehtimalının olduğu da qeyd edilib.

Həmçinin oxuyun: Уволенный следователь просит ареста жены

Страшная авария в Гобустане - погибли 5 человек

Qeyd edək ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

***

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya bildirilib ki, itkin düşən 13 yaşlı Əfsanə Tağıyeva qurumun Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin övladı deyil. "İtkin düşən qız 13 yaşlı Tağıyeva Əfsanə Mətləb qızıdır, Rasim Tağıyevin övladının isə 9 yaşı var".

***

Repartyor.info saytı ilkin yaydığı məlumata düzəliş edərək itkin düşən 13 yaşlı qızın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qardaşı qızı olmasını qeyd edib.

15:48 - 22 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin