Ləğv edilmiş konsertlərinin ətrafında - Yeni qalmaqal

 Ləğv edilmiş konsertlərinin ətrafında - Yeni qalmaqal

Azərbaycanəsilli qazaxıstanlı reper Jah Khalibin (Bəxtiyar Məmmədov) bu ilin aprelində ləğv edilmiş Rusiya konsertlərinin ətrafında yeni qalmaqal alovlanıb.

Asayis.az  “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, sənətçinin pərəstişkarları baş tutmayan konsertlərin biletlərinin pulunu geri ala bilmirlər.

Onlar məsələ ilə bağlı şablon məktublar almaqdan şikayət edir, bilet aqreqatorları isə biletlərin pulunu geri qaytarmağa razı olmayan təşkilatçıların sözlərini əsas gətirir. Bəzi pərəstişkarlar isə həmin pulu geri ala bilməyəcəkləri ilə artıq barışıblar.

13:45 - 22 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin