İntihar etdiyi deyilən qızı 17 yaşlı qardaşı öldürübmüş

 İntihar etdiyi deyilən qızı 17 yaşlı qardaşı öldürübmüş

Mayın 16-sı Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Rəqsanə Şahbazovanın  yaşadığı evdə intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Asayis.az xəbər verir ki, Cəlilabad rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış araşdırmalarla 2006-cı il təvəllüdlü M.Ş-nın qeyd olunan tarixdə bacısı Rəqsanə Şahbazovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, M.Ş şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

13:00 - 22 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin