Paşinyan: "Sülh sazişinin imzalanması real deyil"

 Paşinyan:

Vaşinqtondakı görüşdən əvvəl biz sülh müqaviləsinin mətninə düzəlişlərimizi Azərbaycana təqdim etmişdik və indi biz Azərbaycan tərəfinin düzəlişlərini alacağımızı gözləyirik.

Asayis.az
 xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Paşinyan ümid etdiyini bildirib ki, Azərbaycanın təqdim edəcəyi düzəlişlər Vaşinqtonda əldə olunmuş razılaşmalara, qarşılıqlı anlaşmada bəyan edilən irəliləyişlərə uyğun olacaq:

“Əgər biz Azərbaycan yaxın günlərdə bizə öz versiyasını təqdim etsə və biz görsək ki, sənəd qarşılıqlı güzəştlərə əsaslanır növbəti görüşlərdə mümkün sülh sazişi imzalana bilər. İndiyədək hələ cavab almamışıq.

Beynəlxalq qarantlara gəlincə, mən məmnunluqla qeyd etməliyəm ki, bu məsələdə də mövqelərimiz arasında müəyyən uyğunluqlar var”, - Ermənistanın hökumət başçısı bildirib.

Baş nazir qeyd edib ki, mayın 25-də Moskvada keçiriləcək görüşdə Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişinin imzalanması real deyil.

Paşinyan hesab edir ki, görüşə çox az vaxt qalıb və bu səbəbdən sazişin imzalanması qeyri-realdır. (apa)

12:30 - 22 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin