Azərbaycan millisinin futbolçusu Almaniya klubu ilə vidalaşıb

 Azərbaycan millisinin futbolçusu Almaniya klubu ilə vidalaşıb

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" komandası ilə vidalaşıb.

Asayis.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə yollar rəsmən ayrılıb.

III Bundesliqa təmsilçisi təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edib və uğurlar arzulayıb.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Ertsgebirge”də çıxış edirdi. O, bu müddət ərzində Aue təmsilçisində 217 oyuna çıxıb və 48 qol vurub.

18:22 - 20 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin