Bakıda sürücülər arasında qalmaqal: Yolunu kəsib təhqir etdi - FOTO

 Bakıda sürücülər arasında qalmaqal: Yolunu kəsib təhqir etdi - FOTO

Bakının Tbilisi prospektində sürücülər arasında mübahisə yaranıb.

Asayis.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

“Toyota Prius” markalı 77-GS-319 dövlət nömrə nişanlı avtomobilin sürücüsü digər avtomobilin sürücüsünə qarşı qeyri-etik ifadələr səsləndirərək, nəqliyyat vasitəsinin şüşəsinə yumruq vurub.

Hadisənin baş vermə səbəbi isə bilinmir.

Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, sözügedən hadisədən məlumatlıdırlar:

“Məsələ ilə bağlı araşdırma aparılır”.

12:24 - 20 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin