Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlanıb

 Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlanıb

Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlanıb.

Asayis.az xəbər verir ki,bu barədə BAKU.WS-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin, İxtisaslaşdırılmış müalicə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 237.2.3; 67.1 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Vüqar Yaşar oğlu Quliyev tərəfindən Maştağa qəsəbəsində yerləşən bağ evinin ərazisində torpağa basdırılaraq gizlədilmiş bir ədəd lüləsi kəsilmiş tüfəng və ona aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

14:00 - 19 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin