Samuxda narkotik yetişdirən şəxs saxlanılıb - FOTO

 Samuxda narkotik yetişdirən şəxs saxlanılıb - FOTO

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Asayis.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Azad Əsgərov istifadəyə yararsız fermada xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadə məqsədilə əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

12:00 - 19 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin