Xəbər verdiyimiz kimi, ötən gecə Maştağa qəsəbəsinin Xanlar massivində iki azyaşlı uşaq, Ağa Rəhimov və Hüseyn Qasımov dərinliyi təxminən 45-50 metr olan mazut və çirkab sularla dolu quyuya düşərək ölüblər.
Asayis.az metbuat.az-a istinadən faciəvi şəkildə vəfat edən uşaqların fotosunu təqdim edir:
Qeyd edək ki, Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib. Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.