Paşinyanın oğlu zərərçəkmiş kimi tanındı

 Paşinyanın oğlu zərərçəkmiş kimi tanındı

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan adam oğurluğu hadisəsi üzrə zərərçəkmiş kimi tanınıb. 

Asayis.az  "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Xatırladaq ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbiristanlığa aparacaqlarını deyiblər. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin o, bir anlıq dayanan maşından düşə bilib. Bu zaman təşkilata məxsus digər bir avtomobil onu vurub. Nəticədə Paşinyanın oğlu ayağından zədə alıb. Hadisədən sonra Ermənistanda müharibə zamanı ölən hərbçilərdən birinin anası olan Q.Akopyan saxlanılıb.

18:00 - 18 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin