Azərbaycanda ana xəstə övladı üçün yığdığı 10 min manatı qumar oyunlarında uduzdu - VİDEO
18
may
08:24
269
Gəncə şəhər sakini 31 yaşlı Şəfiqə Əhmədova xəstə övladı üçün yığdığı 10 min manat əməliyyat xərcini qumarda uduzub.
BAKU.WS xəbər verir ki, Şəfiqə Əhmədova telefonuna gələn onlayn oyun mesajına aldanıb və daha çox vəsait əldə etmək istəyərkən həmin pulu itirib.
Şəfiqə Əhmədova "Xəzər Xəbər"ə bildirib ki, onu oyuna şirnikləndirən ilk qazanılan 12 manat olub. Daha sonra oyunun rahat qazanc imkanı olduğunu düşünən qadın iştirak üçün onlayn ödənişlər etməyə başlayıb.
15 min manatlıq saxta uduşla bağlı karta köçürmə olmadığından zərərçəkən bunun fırıldaq olduğunu başa düşüb, ancaq bu zaman hər şey artıq gec olub. Onun ödədiyi 10 min manatı geri almaq üçün cəhdləri isə uğursuz olub. Şəfiqə Əhmədova başına gələn hadisə ilə bağlı polis və banka müraciət edib.
Ş.Əhmədova deyir ki, onlayn oyunda itirdiyi pulu 6 yaşlı övladının əməliyyat xərci üçün çətinliklə yığıb. Bunun üçün həyat yoldaşı maşınını satıb, qohum və tanışlar köməklik göstərib. Ancaq asan yolla çoxlu vəsait qazanmaq istəyi pulun itirilməsi ilə yanaşı, xəstə uşağı da təhlükə altında qoyub.
daha ətraflı süjetdə:
VİDEO