Fransa Prezidenti Emmanuel Makron Gununsesi.info-ya özəl açıqlamasında Azərbaycan Ermənistan arasında yaxın zamanlarda sülh razılaşmasının mümkünlüyü barədə danışıb.
Asayis.Az xəbər verir ki, Fransa Prezidenti ölkəsinin Minsk Qrupunun həmsədri kimi Azərbaycan Ermənistan arasında sülhə maraqlı olduğunu vurğulayıb:
“Biz sülh prosesinə kömək etməliyik. Minsk Qrupu çərçivəsində də özümüzü buna həsr etmişik. Beynəlxalq səviyyədə tanınan sərhədlərə tam hörmət olunmalıdır. Bunu müzakirə etmişik. Bundan başqa Praqada aparılan müzakirələrin davamı olaraq, milli sərhədlərə də tam hörmətin ifadə olunması müzakirə olunub. Biz öz işimizi sülh prosesinə həsr etmişik və buna da çalışırıq”.