Göyçayda sərxoş kişi arvadına xəsarət yetirdi

 Göyçayda sərxoş kişi arvadına xəsarət yetirdi

Göyçay rayonunda 1989-cu il təvəllüdlü İlkin ailə münaqişə zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az -ın məlumatına görə, hadisə bu ilin martın 1-də Göyçay rayonun kəndində baş verib. 

İlkin kənddə yaşadıqları evdə qeyri rəsmi yaşadığı həyat yoldaşı Aydanın oğlu Vüsala nəzarət etməsi üçün döyüb. 

Hadisəni törədən İlkinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ona  elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, hadisə günü, saat 19 radələrində işdən yaşadıqları evə gəlib: 

“1 şüşə araq içdim. Həmin vaxtı azyaşlı oğlum evdə oynayarkən yıxılaraq başı stolun tininə dəydi. Bundan əsəbləşərək ayağa duraraq 3-4 dəfə yumruqla Aydanın baş və bədən nahiyəsindən vurdum.  Bu zaman Aydan yerə yıxıldı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Aydan yerdə uzandığı vəziyyətdə 2-3 dəfə təpiklə kürək və çiyin nahiyəsindən vurub. 

O, törətdiyi əməldən peşman olduğunu deyib. 

Bu cinayət işinə Göyçay rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən İlkinin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

 


Demokrat.az

14:50 - 17 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin