"Deyirlər ki, sənin verilişinə heç kim baxmayacaq"

Aparıcı-aktyor Elcan Rəsulov yeni verilişindən danışıb.

Axşam.az xəbər verir ki, "Günün sədası" verilişində qonaq olan sənətçi ünvanına deyilən iradları dilə gətirib. O bildirib ki, dostları yeni proqramının baxılmayacağını iddia edib:

"Bir ildən çoxdur ki, heç bir proqram etmirəm. İstəyirdim maddiyat məni sıxmayana qədər heç nə etməyim. Hətta bundan əvvəl demişdim ki, filmə də çəkilməyəcəyəm. 2014-cü ildə də, 2022-ci ildə də eytni filmi çəkirdik. Biz bu neçə ildə inkişaf etmədik? İndi də deyirlər ki, yay vaxtıdır, sənin verilişinə heç kim baxmayacaq. Düşünürəm ki, yaxşı bir şey olarsa, niyə də baxmasınlar?".

10:33 - 17 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin