“Müharibə başlayandan bu günə qədər 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib. Bu cinayət sənədləşdirilib və beynəlxalq cinayət məhkəməsi cinayətkarların həbsinə order verib”.
Asayis.Az "Report"a istinadla xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.
Ali Radanın sədr müavini Azərbaycana müraciət edərək bütün ukraynalı uşaqların evlərinə qaytarılmasında onlara kömək etməyi istəyib.