“Ermənilər Azərbaycanda təxribatlar, terror aktları həyata keçirə bilər”

 “Ermənilər Azərbaycanda təxribatlar, terror aktları həyata keçirə bilər”

“Basarkeçər rayonu Ermənistanın ərazisi olduğu üçün onlar orada beynəlxalq hüquqa uyğun olaraq ürəyi istədiyi istiqamətdə hərbi hissə yerləşdirə bilər. Amma niyə uzun illərdən bu yana Etmənistanın Basarkeçər və digər Qərbi Azərbaycan torpaqlarında hərbi hissəsinin olmamasının, məhz bu dönəmdə onların belə bir qərar almasının bir səbəbi var. Çünki bu, Azərbaycanın son aylarda aparmış olduğu Qərbi Azərbaycanlıların Ermənistana qayıdışı siyasətinin nəticəsidir”.
 
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib. 

Analitik Ermənistanın davamlı olaraq hərbi təxribatlar törətməsinə də münasibət bildirib:

“Əlbəttə ki, regionda davamlı hərbi təxribatların törədilməsinə Ermənistan təkcə qərar vermir. Hətta, bir dəfə Paşinyan bunu açıqlamasında da etiraf etmişdi. O, Azərbaycan-Ermənistan şərti sərhəddində meydana gələn atışmaların kimin əmr verdiyini, hansı generalın ona qərar verdiyini bilmədiyini demişdi. Yəni, bunlar Paşinyanın iradəsinin xaricindən meydana gələn fəaliyyətlərdir. Paşinyan bunu etiraf edirsə, demək ki, bizim əlimizdə əsas var ki, Fransa, Rusiya, İran və digər Ermənistan daxilində "5-ci kolon" üzvlərinin həyata keçirdiyindən şübhələnək. Bütün bunlar da Azərbaycanın beynəlxalq arenada əldə etdiyi müvəffəqiyyətlərə qarşı aparılan təxribatların bir parçası olduğunu deyə bilərik. 

Əlbəttə ki, təxribatlara baxmayaraq biz öz siyasətimizi aparmağa davam edəcəyik. Unutmayaq ki, erməni tərəfi təkcə sərhəddə deyil, hətta Azərbaycanın özündə də müəyyən təxribatlar, terror aktları həyata keçirə bilər. Biz keçən əsrin 90-cı illərindən çox yaxşı xatırlayırıq ki, ermənilər necə terror aktları həyata keçirdilər. Hər şeyə hazır olmaq lazımdır, nə olursa olsun yolumuza davam etməliyik!”.
 

Demokrat.az

15:24 - 16 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin