“Rusiya pulunu ödədiyimiz silahları bizə verməyib” - Ermənistan XİN

 “Rusiya pulunu ödədiyimiz silahları bizə verməyib” - Ermənistan XİN

Ermənistan Xarici İşlər Nazirliyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın Rusiya silahlarını almaması və bunun müqabilində pul ödənilməsi barədə bəyanatını təsdiqləyib.
Asayis.Az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan parlamentdə jurnalistlərə bildirib.

““Həqiqətən də Ermənistana silah gəlməyib, bununla bağlı ödənişlər edilib, alqı-satqı müqaviləsinin müddəaları əsasında bununla bağlı işlər aparılır. Mən bu barədə heç nə əlavə edə bilmərəm”, - o deyib.

Səfəryan çatdırılmanın ləngiməsinin səbəbləri ilə bağlı sualları cavablandırmayıb.

Qeyd edək ki, Armen Qriqoryan bir müddət əvvəl bəyan etmişdi ki, Ermənistanın yeni silah təchizatına ehtiyacı var, çünki ölkə Rusiyadan pulunu ödəyib sifariş verdiyi silahları almayıb.

 

 

15:07 - 16 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin