Terrorçunun yerinə səs vermək istədi, saxlanıldı

 Terrorçunun yerinə səs vermək istədi, saxlanıldı

Türkiyənin Siirt vilayətində bir neçə il əvvəl zərərsizləşdirilən terrorçunun əvəzinə səs verməyə cəhd edən bir nəfər saxlanılıb.

Asayis.Az “Hürriyet”ə istinadən xəbər verir ki, Z.Ç. adlı sözügedən bu şəxsin 2020-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən PKK terror təşkilatının üzvü Ravşan Aşkaranın qardaşının həyat yoldaşı olduğu məlum olub.

Məlumata görə, Z.Ç. həm özünün, həm də terrorçunun adından səs vermək istəyib.

Hadisə ilə bağlı digər detallar açıqlanmayıb.

15:38 - 15 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin