ABŞ prezidenti Co Bayden ötən gün Türkiyədə keçirilən seçkilərdən sonra ilk dəfə münasibət bildirib.
Asayis.Az xəbər verir ki, ABŞ prezident velosiped turu zamanı seçkilərlə bağlı TRT-nin ABŞ müxbiri Yunus Paksoyun sualına qısa cavab verib.
Co Bayden deyib: "Ümid edirəm ki, seçkilərdə güclü olan qələbə qazanacaq. Ancaq indi dünyanın o yerində kifayət qədər problem var".
Xatırladaq ki, seçkilərdən öncə Co Bayden "New York Times"ə müsahibəsində Türkiyədə müxalifəti dəstəklədiyini və seçkilərdə Ərdoğanın devriləcəyini bildirmişdi.