Aparıcı-aktyor Azər Aydəmir Avroviziya mahnı müsabiqəsindəki “LGBTQ+”la bağlı mesajlara münasibət bildirib.
Bununla bağlı o, feysbukda status paylaşıb.
“Finala baxıram və belə qənaətə gəlirəm ki Avroviziya iştirakçılarının ya Avroviziya təşkilat komitəsinin bu müsabiqədə artıq birmənalı olaraq, yekdilliklə dünyaya mesajı var! Bu artıq mübahisələndirilə bilməz. Allahı görürsən. Mənim kimi bu “hərəkata” neytral baxan ikinci adamı tanımıram. Amma bu artıq qırmızı xəttlərin cırıq-cırıq olmasıdır “, - deyə, Azər bildirib.