“Ərdoğan istədiyinə nail ola bilməyib”.
Asayis.Az xəbər verir ki, bunu Türkiyədə prezidentliyə namizəd müxalif CHP partiyasının lideri Kamal Kılıçdaroğlu az öncə keçirdiyi mətbuat konfransında deyib.
“Bu seçkidə 2-ci turda mütləq qalib gələcəyik. Qarşıdakı 15 gün ərzində millətimizlə birlikdə Türkiyəyə haqqı, qanunu, ədaləti gətirmək üçün əlimizdən gələni edəcəyik”, – deyə CHP lideri bildirib.
O, səs verən bütün seçicilərə təşəkkür edib.