Keniyanın Malindi şəhərində “İsa peyğəmbərlə qarşılaşacağına söz verilən” və ölüm “oruc”unda həyatını itirənlərin sayının 201 nəfərə çatıb.
Asayis.Az xəbər verir ki, bu barədə "Citizen TV" məlumat yayıb.
Daha 22 nəfərin meyiti tapılıb.
Onlar da hamı kimi Malindi şəhəri yaxınlığında yerləşən Şakahol meşəsindəki qəbirlərin içərisində aşkarlanıb.
Qeyd edək ki, Pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.
“Report”