Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış etdi - VİDEO

 Şuşada ilk dəfə süni intellekt sənətçisi çıxış etdi - VİDEO
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ilk dəfə olaraq süni intellekt sənətçisi də təqdim edilib.
Asayis.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Süni intellekt sənətçisi mərasimdə Azərbaycanın qədim söz-sənət beşiyinin tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

Xatırladaq ki, “Mezo” rəqəmsal incəsənət qrupunun ilk süni intellektli rəssamı II İstanbul Rəqəmsal İncəsənət Festivalında (2022) təqdim edilib.
 

 

17:17 - 14 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin