“Türkiyə xalqı onu seçəcək”

 “Türkiyə xalqı onu seçəcək”

“CHP sədri Kamal Kılıçdaroğlunun Rusiyanı Türkiyədəki seçkilərə müdaxilədə ittiham etməsinin nə siyasi, nə də hüquqi əsası var. Onun bu cür açıqlama verməsi sadəcə olaraq absurddur”. Bunu Musavat.com-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq bildirib ki, Türkiyədə oturuşmuş bir seçki sistemi formalaşıb: “Qərarı xalq verir. Ola bilsin ki, bu açıqlamanın Rusiyanın üzərinə yüklənməsi 2016-cı ildə ABŞ-da baş tutan seçkilərlə bağlı ortaya çıxan məsələ ilə əlaqələndirilir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Rusiya üzərinə yürüməsindən də qaynaqlana bilər. Kamal Kılıçdaroğlunun bundan öncə “biz birmənalı şəkildə Ukraynanın yanında yer almalıyıq” deməsi, hazırkı açıqlaması görünür, Qərbdən gələn açıqlamalardır. Biz nəzərə almalıyıq ki, Türkiyə böyük dövlətdir və regional gücdür. Rusiyanın Türkiyənin seçki prosesinə təsir etmə imkanları geniş deyil. Türkiyənin Rusiya ilə işbirliyi olsa da, ümumilikdə rəqib dövlətdir.

Ərdoğan hakimiyyəti Rusiyanın seçkiyə barmaq qatıb sonradan prezidenti təsir altında saxlamasını qətiyyən istəməz. Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, xalq qərar verəcək, xalqın dediyi olacaq. Gedişat göstərir ki, Ərdoğan qalib olacaq. Doğrudur, parlamentdəki yerlərdə fərqli vəziyyət ola bilər”.

15:49 - 14 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin