"Sabah" və Türkiyənin "Beşiktaş" klubları Bakıda keçirilən xeyriyyə oyununda anlamlı jest ediblər.
Asayis.az "report"a istinadən xəbər verir ki, komandalar meydana şəhid ailələrinin, qazilərin və zəlzələdən əziyyət çəkənlərin övladları ilə çıxıblar.
Matçın startından əvvəl üzərində Türkiyə və Azərbaycan bayraqları əks olunmuş, həmçinin "Bir millət, iki dövlət!" şüarı yazılmış nəhəng pankart da açılıb.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.