Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edilib - FOTO

 Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edilib - FOTO

Mədəniyyət Nazirliyində kadr təyinatı olub.

Bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Əmrə əsasən, Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.
Qeyd edək ki, 2023-cü il martın 1-də Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Fərid oğlu Hüseynov vəzifəsindən azad olunaraq, mədəniyyət nazirinin müavini təyin edilib.

16:45 - 13 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin