“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Asayis.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, mədəniyyət nazirinin birinci müavinləri vəzifəsi ləğv edilib. Daha bir dəyişikliklə nazirin müavinlərinin sayı 4 olaraq müəyyənləşib.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.