Azərbaycanlı tələbə Latviyada müəmmalı şəkildə öldü

 Azərbaycanlı tələbə Latviyada müəmmalı şəkildə öldü

Latviyada azərbaycanlı tələbə Həşimli Mircavad Mirvardər oğlu müəmmalı şəkildə vəfat edib.

Asayis.az-ın  əldə etdiyi məlumata görə, bu ölkədə ali təhsilini davam etdirən 22 yaşlı M.Həşimlinin ailəsinə onun Latviyada göldə boğulduğu bildirilib. Bu gün M.Həşimlinin cənazəsi Azərbaycana gətirilərək dəfn edilib.
 

Yaxınlarının verdiyi məlumata görə, Mircavad Həşimli hadisədən əvvəl anası ilə danışıb və daha sonra yaşadığı evi tərk edib. Bir neçə saat sonra onun suda boğulması barədə məlumat gəlib. Ailəsi Mircavadın telefonunun onun boğulduğu deyilən ərazidən təxminən 5 kilometr uzaq məsafədən tapıldığını deyib.

Bildirilir ki, ziyalı ailəsindən olan və bir neçə xarici dil bilən Mircavad Həşimli ali təhsilini ADA Universitetində fransız dilində alıb. O, daha sonra təhsilini davam etdirmək üçün Latviyaya gedib.

13:45 - 13 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin