Hazırda Zod istiqamətində vəziyyət necədir? - VİDEO

 Hazırda Zod istiqamətində vəziyyət necədir? - VİDEO

Mayın 12-də axşam saatlarında da Ermənistan silahlı qüvvələri Qərbi Azərbaycanın Zod kəndi istiqamətində aktiv təxribatlarını davam etdirib. 

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan-Ermənistan şərti sərhədinə yollanan İTV kanalının əməkdaşı bildirib.

O, hazırda düşmənlə sərhəddə sakitlik olduğunu bildirsə də, ötən gün gündüz və gecə saatlarında Ermənistanın Azərbaycana qarşı PUA-lar və ağır artilleriya vasitəsilə müxtəlif çaplı təxribalar törətdiyini deyib. 

Xatırladaq ki,  ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub. O bu gün doğulduğu Qəbələ rayonunda dəfn olunucaq.

Ətraflı videoda:

BAKU.WS

VİDEO

13:00 - 13 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin