Bir-birinin ünvanına ağır sözlər demişdilər, indi isə... - FOTO

 Bir-birinin ünvanına ağır sözlər demişdilər, indi isə... - FOTO

Müğənni Günay İbrahimli ilə İradə İbrahimova barışıb.

Asayis.Az xəbər verir ki, ifaçılar Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətiylə keçirilən konsertdə bir araya gəliblər. Günay birlikdə çəkdirdikləri şəkli instaqram hesabında paylaşıb.

Qeyd edək ki, ifaçılar arasındakı qalmaqala səbəb Günayın İradənin ünvanına dediyi "Onu Azərbaycan şou-biznesində görmürəm" sözləri olub. Onun bu sözlərindən sonra İradə qarşı tərəfin "Ürəyimin qatili" mahnısını pisləmiş və "Elə bil plagiatdır. Münasibətimiz yoxdur, səhnədə izlədiyim müğənnidir. Bir vaxtlar özünü mənə bənzətdi, elə başladı. Amma gördü ki, yox, bununla bir yerə gedə bilməz. Bu yerin sahibi var. Amma özünü heç kəsə oxşatmasın" sözlərini əlavə edib.

Günay isə İradənin ünvanına "İndi də şou-biznesdə təzə dəb yaradıblar. Ailə ilə gündəmə gəlib, bir-birilərinə acıq vermək istəyirlər. Onsuz da ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur. Amma əriniz və uşaqlarınız başqasına acıq vermək üçün bir vasitəyə çevrilməməlidir, həyat yoldaşınızla kiməsə acıq verməyin. Ailə sizin şəxsiyyətiniz, həyatınızın ən böyük qazancıdır, kimisə “vurmaq” üçün alət etməyin. Ailəli olub karyerasını davam etdirən, ən böyük nailiyyəti əldə edənlər də az deyil. İkisini birgə edə bilmirsizsə, susun" sözlərini yazmışdı.

Axsam.az

16:55 - 11 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin