“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7 gün, 24 saat işləyir”.
Asayis.Az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib.
O bildirib ki, R.T.Ərdoğan bəzən gecə saat 2-3-də zəng edə bilər: “Onunla işləmək asan deyil. Hər şeyi izləyir. Bəzən məlumatım olmadığı məsələ barədə nə isə soruşur. Bizdən daha çox məlumatlıdır. Mən də pis işləmirəm. Amma onun sürətinə çata bilmirəm”.
M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə lideri ilə işləməyin üstünlükləri də çoxdur: “Məsələn, ötən il Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə gəlməsində, həmkarı Dmitro Kuleba ilə görüşməsində Ərdoğanın böyük rolu olub”.