Paşinyandan sülh müqaviləsi ilə bağlı yeni açıqlama

 Paşinyandan sülh müqaviləsi ilə bağlı yeni açıqlama

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 14-də üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil.

Asayis.Az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

O, bu barədə hökumətin iclasında deyib.

Paşinyan bu açıqlamanı bu gün Basarkeçər rayonunun Zod kəndi istiqamətində baş verən silahlı toqquşmaya münasibət bildirərkən deyib.

Bununla yanaşı, o, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab edir.

Paşinyanın fikrincə, ikitərəfli sülh və dövlətlərarası sazişin layihəsi hələ ilkin xarakter daşıyır. "Sazişi imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim sənədi mümkün qədər tez hazırlayıb imzalamaq istəyimiz var", o deyib./APA

11:58 - 11 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin