ABŞ Dəməşqin qanuni hakimiyyətinə qarşı istifadə etmək üçün terrorçuların iştirakı ilə “Azad Suriya ordusu” yaratmağa başlayıb.
Asayis.Az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya, Türkiyə, Suriya və İran XİN başçılarının dördtərəfli görüşünün protokol hissəsində çıxışında bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Suriyada tanınmamış kürd hakimiyyətini dəstəkləmək və özləri tərəfindən yaradılmış qanunsuz silahlı birləşmələri silah-sursatla təchiz etməkdən artıq məmnun deyil:
"Bizdə olan məlumatlara görə, amerikalılar Suriyanın Rakka şəhərinin ətrafında yerli ərəb qəbilələrinin nümayəndələri, İŞİD və digər terrorçu təşkilatların döyüşçülərinin iştirakı ilə "Azad Suriya ordusu” yaratmağa başlayıb. Məqsəd aydındır. Bu döyüşçülərdən ölkədə vəziyyəti qeyri-stabilləşdirməkdən ötrü Suriyanın qanuni hakimiyyətinə qarşı istifadə etmək. Məlum məsələ bizim hərbi həmkarlarımız tərəfindən müzakirə olunub. Onlar birlikdə bu istiqamətdə birgə fəaliyyət sxemi barədə razılığa gəliblər. Ümid edirəm ki, bütün görüləcək addımlar uğurla həyata keçiriləcək"./APA