Xəbər verdiyimiz kimi, "Space TV"də yayımlanan "Banu" verilişinin heyətində dəyişiklik edilib. Proqramın aparıcısı Günel Həsənzadə layihədən ayrılıb. Verilişə aparıcılıq etmək isə şairə Nazilə Səfərliyə həvalə olunub.
Asayis.Az xəbər verir ki, verilişin yeni aparıcısı Nazilə Səfərli xeyir-dua almaq üçün Günel Həsənzadəyə zəng vurub. Günel ona uğurlar arzulayıb: "Allah xeyirinizi versin, sağ salamat, Allaha əmanət olun. Uğurlarınız bol olsun, ürəklə işləyin".
Həmin görüntüləri təqdim edirik:
Metbuat.az