Dünyada mobil telefon nömrələrinin gözqamaşdırıcı qiymətə satılması təcrübəsinə tez-tez rast gəlinir. Bu səfər də Azərbaycanda elan saytlarının birində 300 min manata satılan telefon nömrəsinə rast gəldik.
Məsələ ilə bağlı sözügedən nömrəni satan Nihat adlı şəxs Referans.az-a açıqlamasında bildirib ki, nömrənin rəqəmləri çox ideal düşünülmüşdür və nömrənin qiymətində endirim etmək fikrim yoxdur:
“Hardasa bir ay olar ki, elanı yerləşdirmişəm. Əvvəllər hər gün bir iki dəfə zəng edirdi, lakin hazırda həftədə iki-üç dəfə zəng edənlər olur. Nömrənin baha olmağının əsas səbəbi ideal düşünülmüş bir nömrə olmasıdır. Nömrə alınma nömrədir, yəni uzun zaman əvvəl almışıq özümüz almışıq. Hazırda nömrəni 300 min manata təklif edirəm. Nəinki, endirim etmək hətta yaxın zamanlarda nömrənin qiymətini bir qədər də artırmağı düşünürəm. Hardasa yarım milyona yaxın bir qiymət qoya bilərəm nömrəyə və dediyim kimi heç kimə endirim etmək fikrim yoxdur”.