Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada 9 Mayla bağlı keçirilən hərbi parada qatılan liderlərin şərəfinə ziyafət verib.
Asayis.Az "Sputnik"ə istinadən xəbər verir ki, ziyafət qeyri-rəsmi nahar formasında olub.
Kremlin "Qranovitıy Palata"sında baş tutan ziyafətə Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan prezidentləri və Ermənistanın baş naziri qatılıb.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan lideri Sadır Japarov da Moskvadakı paradda iştirak etmişdi.