"Biz mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel arasında görüş keçiriləcəyi ilə bağlı xəbəri alqışlayırıq".
Asayis.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosu Tvitterdə məlumat yayıb.
"Bu, Vaşinqtondakı danışıqlardan sonra irəliyə doğru sürəti artırmaq üçün vacib bir fürsətdir", - məlumatda deyilir.