Aqil Abbas təmsilçilərimiz barədə: “Lüt gediblər, “platyada” gediblər, bilmirəm”

 Aqil Abbas təmsilçilərimiz barədə: “Lüt gediblər, “platyada” gediblər, bilmirəm”

"Avroviziya-2023 təmsilçilərimizin geyimlərinə reaksiyalar durmadan artır. Fikir bildirənlərin əksəriyyəti isə müsabiqəyə qatılan Tural və Turanın köynəyi və saç düzümlərini tənqid edir, Azərbaycanın yarışmada bu cür geyimlə təmsil olunmasını düzgün saymadıqlarını bildirirlər.

Asayis.Az xəbər verir ki, Bakupost.az məsələ ilə bağlı millət vəkili Aqil Abbasın fikirləri ilə maraqlanıb.

Millət vəkili nə əvvəllər, nə də indi "Avroviziya" ilə maraqlanmadığını bildirib:

"Təmsilçilərimizin geyimlərini də görməmişəm. Bu, mənim üçün maraqlı deyil. Kimlərin getdiyi, nə geyindikləri barədə də məlumatsızam. Lüt gediblər, “platyada” gediblər, bilmirəm”.

16:21 - 8 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin