Əkizlərin bu geyimi biabırçılıq adlandırıldı: “Uşaqlar, bu, ayıb deyil?”

 Əkizlərin bu geyimi biabırçılıq adlandırıldı: “Uşaqlar, bu, ayıb deyil?”

Azərbaycan təmsilçiləri Tural və Turan əkiz qardaşlarının "Avroviziya 2023" mahnı müsabiqəsinin açılış mərasimindəki geyimləri sərt tənqidlə qarşılanıb.

Asayis.Az 
xəbər verir ki, ötən gün olan açılış mərasiminə Azərbaycan təmsilçiləri qadın geyimi ilə qatılıblar. Qardaşların bu “imici” ölkə vətəndaşları tərəfindən birmənalı qəbul olunmayıb. Onların bu görüntüsü haqda çoxsaylı tənqidlər sosial şəbəkələrdə öz əksini tapıb.

İstifadəçilər Azərbaycanı təmsil edən kişi cinsinə məxsus şəxslərin qadın geyimindən istifadə etməsini biabırçılıq adlandırıblar.

Politoloq Əziz Əlibəyli isə Facebook hesabında yazıb:

“Uşaqlar, bu, ayıb deyil? Hansı ölkəni təmsil etdiyinizdən, hansı ildə və hansı proseslərdə yaşadığımızdan xəbəriniz yoxdur?

Dünya Azərbaycanı onun övladlarını vətən müharibəsi və müstəsna qalibiyyəti ilə tanıdır.

Bu nə simadır? Bu nə biabırçılıqdır?”

10:00 - 8 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin