Bakıda polislər bıçaqlandı

 Bakıda polislər bıçaqlandı

Bakının Xəzər rayonunda ruhi əsəb xəstəsi 2 polisə xəsarət yetirib.

Hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, ruhi əsəb xəstəsi olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa ruhi əsəb xəstəsi qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Fakt araşdırılır./APA

20:15 - 6 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin