Naxçıvan Hərbi Prokurorluğu yaradıldı

 Naxçıvan Hərbi Prokurorluğu yaradıldı

Naxçıvan Hərbi Prokurorluğu yaradılıb.

Asayis.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Prokurorluq haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əsasında Naxçıvan Hərbi Prokurorluğu yaradılıb.

Nazirlər Kabinetinə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.

“Prokurorluq haqqında” qanuna edilən dəyişikliyə əsasən isə Muxtar Respublikanın Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sistemindən çıxarılıb.

19:39 - 6 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin