Dövlət Gömrük Komitəsinin kollegiyası yenidən təşkil edilib.
Asayis.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Kollegiya aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Kollegiyanın üzvləri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinləri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin rəisləri.