"Türkiyə hava məkanını bağlaması Ankaranın deyil, İrəvanın problemidir" - Paşinyan

Türkiyə hava məkanını bağlaması Ankaranın deyil, İrəvanın problemidir.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda türkiyəli siyasətçiləri öldürmüş erməni terrorçulara abidə ucaldılmasına görə, Türkiyənin Ermənistan üçün hava məkanını bağlamasına münasibət bildirərkən deyib.

O, abidələrin ölkələr arasında münasibətlərə təsir etdiyini deyib. Paşinyan abidənin ucaldılması zamanı hökumətin buna etiraz edəcəyi təqdirdə satqınlıqda ittiham oluna biləcəyindən çəkindiyini bildirib./APA

10:12 - 4 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin