Azərbaycanın Laçın yolunda, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi quraşdırması erməniləri əməlli-başlı təşvişə salıb. Hazırda orada gömrük əməkdaşlarımızın fəaliyyətə başlaması haqda yayılan xəbərlər isə sözün əsl mənasında bomba effekti yaradıb.
Bəs, ermənilər tranzit kimi ərazimizdən istifadə etdikləri təqdirdə rüsum ödəyəcəklər?
Asayis.Az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov açıqlamasında bildirib ki, bu məsələlər hələ tam dəqiqləşməyib:
"Təbii ki, müəyyən siyasi məsələlər var ki, onlar tam həllini tapmaldır. Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi olmalıdır, Ermənistan Azərbaycan sərhədlərini tam tanımalıdır.
Həmçinin, Qarabağda yaşayan ermənilərin statusu sual altındadır. Ondan sonra Dövlət Gömrük Komitəsi bu məsələlər baxacaq.
Fikrimcə, hazırda bu məsələlər aktual deyil".
Demokrat.az