Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında komitə sədri Siyavuş Novruzov Azərbaycanın bəzi telekanallarında yayımlanan evləndirmə verilişləri barədə iradını bildirib. Deputat deyib ki, 70 yaşlı kişini evlənmək üçün efirə dəvət edirlər, Rusiya başqadır, bizim mənəviyyatımız, əxlaqımız fərqlidir, ona övladı, nəvəsi baxır, 5 manat qazanırsınız, başa düşürük, amma millətin əxlaqını pozmağa çalışmayın...
Asayis.Az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə evlilik mövzusu ilə bağlı uzun müddətdir gündəmə gələn “Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbərin fikirləri öyrənilib.
E.Əkbərin cavabı belə olub: “Artıq 15 gün bundan əvvəl verilişimizin mövzuları dəyişdirilib. Özüm dəyişdirdim. Mən həmişə dəyişiklik etməyi xoşlayıram...”