Xəbər verdiyimiz kimi, tanınmış stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanı təhqir edib.
Asayis.az xəbər verir ki, onun Xalq artisti ilə bağlı fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və tənqid olunub.
Stlist müzakirələrə cavab olaraq bildirib ki, Ayügn Kazımova da illər öncə onu təhqir edib:
“İllər öncə ATV kanalında yayımlanan “Xeyir ola” verilişində canlı yayımda məni təhqir edib, ələ sala-sala “kosoy Anar” deyib. Önəm vermədim. Lakin yenə də anlayıram ki, hər bir insana yerində cavabını vermək lazımdır. Mən susduqca elə bilir ki, həmişə susacam. İllər keçir, bu, davam edir. Haqqımda dosta, tanışa təhqiredici səsli mesajlar söyləyir. Nə vaxta qədər susacam? Öz aləmində mənə ləqəb qoyub -“kosoy””, - deyə stilist instaqram storisində vurğulayıb.