Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

 Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

 

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) təhqiqat şöbəsinə yeni rəis təyin edilib.

Asayis.Az-ın “Report”a istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşad Şahbazov Suraxanı RPİ-nin təhqiqat şöbəsinə rəis təyin olunub.

O, bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

15:42 - 1 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin