Şahmat üzrə yeni dünya çempionu məlum oldu

 Şahmat üzrə yeni dünya çempionu məlum oldu

Rusiyalı qrossmeyster Yan Nepomnyaşi şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün dördüncü oyununda çinli Din Lijenə ağ fiqurlarla məğlub olub.

 

Görüş Astanada keçirilib.

 

Klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib - 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyunu təyin edilib. İlk üç oyun heç-heçə yekunlaşıb. Nəhayət sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Rusiyalı 68-ci gedişdə məğlubiyyətini etiraf edib.

 

Din Lijen şahmat üzrə 17-ci dünya çempionu adını qazanıb. O, bu ada layiq görülən ilk Çin təmsilçisi olub.

10:41 - 1 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin