65 yaşlı kişi 16 yaşlı qızla evləndi

 65 yaşlı kişi 16 yaşlı qızla evləndi

Braziliyanın cənubundakı Araukariya şəhərinin meri, 65 yaşlı Hissam Hüseyn Dehaini 16 yaşı tamam olan bir qızla evlənib.

Asayis.Az xəbər verir ki, toydan sonra gəlinin anası yerli administrasiyada vəzifə alıb.

Bu təyinat yerli sakinlər arasında qızğın müzakirələrə səbəb olub və prokurorluq araşdırmaya başlayıb.

Bundan əvvəl qadının Təhsil Nazirliyində məmur olduğu, lakin maaşının xeyli aşağı və nüfuzunun az olduğu bildirilir.

Şəhər meriyası məsələ ilə bağlı açıqlamasında, “Təyinat məmurun vəzifəsinin icrası üçün lazımi şərtlərə cavab verdiyini hesab edən icra başçısının öz ixtiyarındadır”, - qeyd edib.

Qeyd edək ki, Braziliyada 16 yaşda qanuni nikaha girmək olur.

 

Qafqazinfo

16:33 - 28 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin